“Füzulidən sonra AZAL-ın növbəti dayanacağı Xankəndi olacaq” – Açıqlama

“Silk Way” və “AZAL”ın təyyarələri Qarabağın beynəlxalq hava limanında ilk eniş edib. Sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib.

Bəs Füzuli beynəlxalq hava limanının əhəmiyyəti nədir?

Bu barədə açıqlamasında Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli maraqlı fikirlər səsləndirib. O bildirib ki, işğaldan azad edilən rayonlarda üç aeroportun inşa edilməsi nəzərdə tutulur, üstəgəl, daha bir limanla bağlı – Xankəndi aeroportu ilə əlaqədar Azərbaycan tərəfi Beynəlxalq Aviasiya Təşkilatı ilə tədbirlər həyata keçirir: “Belə ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha altı hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq edib. Beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, Ağdam, Füzuli və Xankəndidə yerləşən hava limanları da daxil olacaq. ICAO şurası tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması, təsdiq edilməsi, havada Azərbaycanın suveren hüquqlarının bütün dünya birliyi tərəfindən tanınması anlamına gəlir”.

Jurnalist Əziz Əlibəyli mətbuat katibi təyin olundu | Hokm.Az

Əlibəyli əlavə edib ki, açılışı edilən Füzuli aeroportunun əlamətdar olması məhz ona Azərbaycanın digər yeni hava limanlarının ilki kimi baxmağı labüd edir. Xankəndi aeroportuna da Azərbaycanın yeni limanlarla bağlı qanuniləşdirmə və təsdiq prosesinin leqallaşdırılması kimi baxmaq lazımdır. Bu da o deməkdir ki, Füzulidən sonra Azal-ın növbəti dayanacaqlarından biri Xankəndi olacaq. Hamımız ona veriləcək beynəlxalq İATA kodunu gözləyirik”.

Hamısını Göstər

Related Articles

Back to top button