Gərginlik artır, Türkiyə hərəkətə keçməlidir – Rusiya

İdlib təhlükəsizlik zonasında gərginlik artır.

Bu sözləri Rusiyanın Suriyadakı Tərəfləri Barışdırma Mərkəzinin rəhbəri Aleksandr Şerbitski deyib.

“İdlib təhlükəsizlik zonasının cənubunda gərgin vəziyyət yaranır. Türkiyə komandanlığı tərəfindən M-4 magistralında qruplaşmaların zərərsizləşdirilməsi il bağlı tədbirlər görülür. Amma eyni zamanda Türkiyə təhlükəsizlik dəhlizinin yaradılmasında uğursuz oldu. Bu səbəbdən də birgə rus-türk patrul icrası gecikir”, – deyə Şerbitski bildirib.

O, eyni zamandan əlavə edib ki, terrorçular Suriya ordu qüvvələrinə atəş açır, dron və raketlərlə Hmeymim aviabazasına hücum etməyə cəhd edir.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close