Gəncə üzrə “Yaşıl Şəhər Fəaliyyət Planı”nın ilkin hesabatı təqdim edilib

Ötən ilin yayında Gəncə şəhəri Azərbaycanda ilk pilot şəhər olaraq Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Yaşıl Şəhərlər Proqramına qoşulmuşdu. Seçilmiş şəhər üçün “Yaşıl Şəhər Fəaliyyət Planı”nın hazırlanması bu Proqramın əsasını təşkil edir. Fəaliyyət Planının əsas məqsədi isə “yaşıl” gələcəyə keçidi dəstəkləmək üçün investisiya qoyuluşu və digər tədbirlər vasitəsilə şəhərin ekoloji məsələlərin həllinə kömək göstərilməsidir. Gəncədə “Yaşıl Şəhər Fəaliyyət Planı”nın hazırlanması prosesinə nəzarətin həyata keçirilməsi, koordinasiyanın təmin edilməsi üçün İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə İdarəedici qrup təşkil olunub.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir müavini Sahib Məmmədovun sədrliyi və aidiyyəti dövlət qurumlarından nümayəndələrin təmsilçiliyi ilə idarəedici qrupun virtual formatda ilk iclası keçirilib. İclas çərçivəsində Gəncədə “Yaşıl Şəhər Fəaliyyət Planı”nın hazırlanması məqsədilə yaradılmış layihə qrupu və məsləhətçi şirkət tərəfindən birgə hazırlanmış ilkin hesabat idarəedici qrupa təqdim edilib. İlkin hesabatın təqdimatında “Yaşıl Şəhər Fəaliyyət Planı”nın icmalı və indiyədək görülmüş işlər, sorğu və prioritetləşdirmə üzrə maraqlı tərəflərlə görüşlərin nəticələri, əsas məqsədlər barədə məlumat verilib, müzakirələr aparılıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button