Gəncədə 36 yaşlı kişini maşın vuraraq öldürüb

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən 1986-cü il təvəllüdlü Aslan Aslanovu vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button