Gəncədə qəbiristanlıqlardan oğurluq etmək istəyən şəxs cinayət başındasaxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Polise.az-a  verilən xəbərə görə, Gəncə
Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə şəhər ərazisindəki
qəbiristanlıqlardan birində gecə saatlarında naməlum şəxsin olması barədə
məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək müvafiq
tədbirlər həyata keçirib və bu zaman qəbiristanlıqdakı metal güldanları oğurlamaq
istəyən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin İbrahimov saxlanılıb.
Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən İ. İbrahimov törətdiyi cinayət
əməlini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button