Gəncədə yol hərəkəti qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB)
əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi
nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb
olan sürücüləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional
qrupundan verilən məlumata görə, bir qrup gəncin özlərinə məxsus müxtəlif
markalı avtomobillərlə qadağan olunmuş qanunla qadağan edilməsinə baxmayaraq
avtomobilə kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə
yaratdığı məlum olub. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və
barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan
qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.
Bundan başqa narkotik vasitənin təsiri altında avtomobil idarə edən Şahin
Məmmədov və Fərid Məmmədli barəsində protokol tərtib edilərək məhkəməyə
göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər inzibatin qaydada həbs edilib.

Hamısını Göstər

Related Articles

Back to top button