General Rövşən Əkbərov müalicə müəssisəsinə yerləşdirildi
Qəsdən adam öldürməkdə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilmiş, sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun səhhətində problem yaranıb.
APA-nın əldə etdiyi xəbərə görə, sabiq birlik komandiri hazırda Penitensiar Xidmətin müalicə müəssisəsində müalicə olunur.
Ədliyyə Nazirliyinin Tibb xidmətindən bildirilib ki, Rövşən Əkbərov xroniki xəstəlikləri olduğu üçün müalicə müəssisəsində həkim nəzarətində saxlanılır:
“Hazırda səhhəti stabildir, sağlamlıq durumunda həyati təhlükəli hallar izlənilmir”.