Girov götürülmüş şəxslərin sağ olma ehtimalı… – XİN
Ermənistan girovların götürülməsi praktikasından çox geniş şəkildə istifadə edib.
Report-a istinadən xəbər verilir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
Onun sözlərinə görə, girov götürülmüş şəxslərin sağ olması ilə bağlı ehtimalı var:
“Azərbaycan vətəndaşı olan insanlarla bağlı aparılan tədqiqatlar onu göstərir ki, azərbaycanlı əsirlər işgəncələrə məruz qalır, olduqca pis şəraitdə saxlanılır. Onların aqibətinin qeyri-müəyyən olması bizdə narahatlıq yaradır”.