Gorus-Qafan yolu açıldı: Ordumuz şərtini elan etdi

Görus-Qafan yolu açılıb.

Bu barədə Zəngəzur qubernatorunun müavini Narek Babayan məlumat yayıb.

Buna baxmayaraq, erməni mediası Azərbaycan Ordusunun bir şərtlə yolu açdığını yazıb. Bildirilir ki, Ordumuz yolda ziqzaqvari bloklar qoymaq istəyini ifadə edib. Ordumuz bunun səbəbi kimi istənilən mümkün təhlükədən sığortalanmağı göstərib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti də yolun bütün növ nəqliyyat üçün açıldığını elan edib.

Qeyd edək ki, Ordumuz 25 avqustda yolun Şırnıx (Şurnux)-Dərbənd (Karmakar), 26-da isə Gorus-Urud (Vorotan) hissəsini bağlamışdı. Bunun səbəbi kimi iki erməni əsgərin gözlənilmədən Azərbaycan əsgərinə hücumu və onu yaralaması göstərilmişdi.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button