Göyçayda 800 kiloqramdan artıq narkotik tərkibli bitki məhv edilib.
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-
2022” kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ləkçıplaq
kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata
görə, ümumi çəkisi 830 kiloqram olan 1857 ədəd çətənə kolu kökündən çıxarılıb
və yandırılaraq məhv edilib.