Göygöldə 38 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb – YENİLƏNDİ

Göygöldə 38 yaşlı kişini bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, polisin keçirdiyi tədbirlər nəticəsində Elvin Mehdiyev bıçaqla xəsarətdə şübhəli bilinən şəxs Bəhrəm Xıdırov saxlanılıb.
Qeyd edək ki, bıçaqlanma hadisəsi rayon ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin qarşısında baş verib. 1988-ci il təvəllüdlü Elvin Mehdiyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
***
01:59
Göygöldə 38 yaşlı kişi bıçaqlanıb.
Teleqraf-ın Qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin qarşısında baş verib.
1988-ci il təvəllüdlü Elvin Mehdiyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Polise.az



