Göygöldə itkin düşən şəxs axtarılır

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan polise.az-a verilən məlumata görə, Göygöl rayonu Zurnabad kənd sakini Gülnarə Hüseynova noyabr ayının 18-də Göygöl rayonunda yaşayan qohumunun evindən  çıxaraq bir daha geri qayıtmayıb. Həmin  şəxsin əlamətləri belədir: Boyu 158 sm, saçları uzun və sarı rəngdədir, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur, ruhi-əsəb xəstəliyindən əziyyət çəkir. Evdən çıxarkən onun əynində qara rəngli ətək, xaki rəngli qış gödəkcə, qara dikdaban ayaqqabı və açıq mavi rəngli əl çantası olub.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 202-39-59  mobil nömrəsinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.

Hamısını Göstər

Related Articles

Back to top button