Gürcüstan DTX: Ölkədə hakimiyyəti zorla devirmək planı olub

Gürcüstanda hakimiyyəti devirmək faktı üzrə istintaq aparılır.

Bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.

Qeyd olunub ki, bir sıra şəxslər parlament seçkilərində arzuolunmayan nəticələr əldə ediləcəyi təqdirdə hakimiyyəti zorla devirməyi planlaşdırıblar və bu məqsədlə hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları, hərbi qulluqçulardan ibarət mobil qruplar formalaşdırıblar.

DTX oktyabrın 1-dən başlanılan istintaq çərçivəsində sübutların əldə edilməsi və təqsirkarların müəyyən olunması üçün intensiv araşdırma işlərini davam etdirir.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button