Gürcüstanda dəhşətli qəza: 17 nəfər öldü, matəm günü elan olundu

Gürcüstanda mikroavtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 17-yə çatıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Xəsarət alan üç nəfər xəstəxanaya çatdırılıb.

Relyefin mürəkkəbliyi və çətin meteoroloji şəraitə baxmayaraq, axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir Giorgi Qaxaria qəzada ölənlərin yaxınlarına başsağlığı veriblər.

22:48

Gürcüstanın Şatili kəndi ərazisində mikroavtobus, təxminən, 80 metr yüksəklikdən uçuruma aşıb.

RİA Novosti-yə istinadən xəbər verilir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində 12 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım briqadası cəlb edilib.

Qalan sərnişinlərin axtarışı davam edir.

Faktla bağlı araşdırma başlanılıb.

Mənbə
unikal.org
Hamısını Göstər

Related Articles

Back to top button