Gürcüstanda parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

Gürcüstanda parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

“Sputnik Gürcüstan” xəbər verir ki, səslərin yarısının hesablanmasından sonra hakim “Gürcü Arzusu” partiyası səhər saat 7-yə kimi 49,98 faiz qazandığı səslərlə parlamentdəki çoxluğunu itirib, bülletenlərin 50,45 faizi işlənib.

Səslər sayıldıqca “Gürcü Arzusu”nun qazandığı rəqəm azalır – əvvəlcə bülletenlərin dörddə biri işləndikdən sonra səslər 54 faizdən çox idi.

Hazırda səslər aşağıdaki kimi təsnif olunur:

“Gürcü Arzusu – Demokratik Gürcüstan” – 49,98 faiz (418 127 səs);

“Vahid Milli Hərəkat”ın yaratdığı “Birlikdə Güc” bloku – 25,42 faiz (212,671 səs);

“Avropalı Gürcüstan” (Devid Bakradze) – 3,83 faiz (31,969 səs);

“Vətənpərvərlər Alyansı” (Irma İnaşvili) – 3,29 faiz (27 533 səs);

“Lelo” (Mamuka Xazaradze) – 3,1 faiz (25 945 səs);

“Aqmaşenebeli Strategiyasi” (Qeorqi Vaşadze) – 2,46 faiz (8 705 səs);

“Qirçi” (Zurab Caparidze) – 2,83 faiz (23,708 səs);

“Vətəndaş” (Aleko Elisaşvili) – 1,32 faiz (11,022 səs);

“Leyboristlər Partiyası” (Şalva Natelaşvili) – 1 faiz (8,400 səs);

Digər partiyalar hələ 1 faizlik baryeri aşmayıblar.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button