Gürcüstanda sinirlər tarıma çəkildi – Xalq meydanlara çağırıldı

Parlament seçkilərinin nəticələrinə etiraz olaraq Tiflisin mərkəzində toplaşan müxalifət partiyalarının nümayəndələri bir həftədən sonra erkən seçkilərin təyin edilməsini tələb edən genişmiqyaslı mitinq və yürüş elan ediblər.

Bu barədə jurnalistlərə Gürcüstan müxalifətinin liderlərindən biri David Bakradze açıqlama verib.

“Gələn bazar irimiqyaslı mitinq keçiriləcək. Yürüşlə başlayacağıq. “Gürcü Arzusu”na çox olduğumuzu sübut edəcəyik. Sona qədər mübarizə aparacağıq”, – Bakradze bildirib.

Etiraz aksiyalarə hazırda paytaxt Tiflisdəki parlament binası qarşısında davam edir. Mərkəzi yollar etirazçılar tərəfindən bağlanıb. Polis qüvvələri hadisə yerinə səfərbər olunublar.

Dünən Gürcüstanda parlament seçkiləri keçirilib. MSK-nın son məlumatına görə, hakim “Gürcü Arzusu” Partiyası səslərin 48 faizindən çoxunu toplayaraq lider mövqedədir. Partiya parlament çoxluğu qazandığını və bunun üçün hökumət qurma imkanı əldə etdiyini açıqlayıb.

İkinci yerdə 27.07 faiz səslə “Güc Birlikdədir” müxalifət blokudur. Gürcüstanda müxalifət qüvvələrinin liderləri səsvermə bitdikdən sonra keçirdiyi brifinqdə parlament seçkilərinin nəticələrini qeyri-qanuni hesab etdiklərini söyləyiblər. Tərəfdarlarını bazar günü Tiflisin mərkəzindəki etiraz aksiyasında iştirak etməyə çağırıblar.

Mənbə
teleqraf.com
Hamısını Göstər

Related Articles

Back to top button