“Həbslər bununla yekunlaşmayacaq” – Fəzail Ağamalı

“Eldar Həsənovun tutulması ölkə prezidentinin həyata keçirdiyi islahatların tərkib hissəsidir və buna belə də yanaşmaq lazımdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında səfir Eldar Həsənovun həbs olunmasına münasibət bildirən Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.

Fəzail Ağamalının fikrincə, Xarici İşlər Nazirliyi sistemində və ölkənin diplomatik korpusunda yeni həbslərin olacağı gözlənilir:

“Başladılmış bu proses sistemli xarakter daşıyır və bundan sonra da davam edəcək. Əminəm ki, DTX-nın peşəkar istintaqçıları məsələni obyektiv şəkildə araşdıracaq, baş vermiş hadisənin bütün mahiyyəti üzə çıxarılacaq.

Eldar Həsənovun həbsi ətrafında irəli sürülən müxtəlif versiyaların o qədər də ciddi mahiyyət kəsb etmədiyini düşünürəm. Dediyim kimi, hər şey bəlli olacaq. Cəmiyyət də həqiqəti məhz DTX və Baş Prokurorluğun verəcəyi məlumatlardan öyrənəcək.

Hesab edirəm ki, həbslər bununla yekunlaşmayacaq. İstər Xarici İşlər Nazirliyində, istərsə də digər qurumlarda yeni-yeni faktların üzə çıxacağı qənaətindəyəm”.

Mənbə
yenicag.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close