Hərbi Polis İdarəsində təlim kursu keçirilib

Müdafiə Nazirliyi ilə 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Brunssumda yerləşən Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu Bakıda Hərbi Polis İdarəsinin şəxsi heyətinin iştirakı ilə kurs keçib.

Nazirliyin mətbuat xidmətindən  Polise.az-a verilən məlumata görə, kurs müddətində mobil təlim qrupunun təlimatçıları dinləyicilərə hərbi polis fəaliyyətinin NATO standartları çərçivəsində təşkili ilə bağlı ətraflı məlumat verib və digər mövzularda brifinqlər təqdim olunub.

Hərbi qulluqçular kurs müddətində sindikatlar üzrə müxtəlif tapşırıqlar icra ediblər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button