Hərbi prokuror: “Cari ilin birinci yarımilində cinayətlərin 99,5 faizi açılıb”

“2020-ci ilin birinci yarımilində Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olub, görülmüş məqsədyönlü tədbirlərin nəticəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb”.

Bunu Hərbi Prokurorluqda əməliyyat müşavirəsində hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

Qeyd edilib ki, hesabat dövründə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi və bununla əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığının təmin edilməsi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması məqsədilə aidiyyatı dövlət qurumları ilə birgə bir sıra işlər görülüb, nəticədə qeydə alınmış cinayətlər ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 37% azalıb.

Vurğulanıb ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılmasının səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli iş aparılmaqla, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görülüb.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close