Həkimdən çağırış: “Britaniya ştammı bölgələrə çatmamış gediş-gəliş dayandırılmalıdır”

Peyvəndlənmə prosesini qısa müddətdə və effektiv şəkildə həyata keçirmək lazımdır. Belə olarsa, mutant virusların ortaya çıxma ehtimalı azalacaq. 

Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Turanə Rəsulova deyib.

O bildirib ki, vaksinasiya prosesi ilə paralel müəyyən məhdudiyyətlər tətbiq olunmalıdır ki, normal həyata dönmək asan olsun:

“Britaniya ştammı əgər paytaxtdan regionlara yayılmayıbsa, mütləq şəkildə sosial hərəkətliyin qarşısını almaq, şəhərlərarası gediş-gəlişi məhdudlaşdırmaq lazımdır.

Hazırda ən böyük təhlükə olan ictimai nəqliyyatla bağlı reformlar həyata keçirilməlidir. SMS-icazə sistemi və yaxud tam qapanma olmasa da olar, amma hansı yerlərdə virus ən çox yayılırsa, orada qapanma və yaxud məhdudlaşdırıcı tədbirlər görülə bilər.

Düşünürəm ki, əhalinin 80 faizi peyvənd olunanadək bu kimi tədbirləri icra etsək, peyvənddən sonra normal həyata dönmək çox asan olacaq”.

Hamısını Göstər

Related Articles

Back to top button