Hərbi qiyamdan qorxan Paşinyan tərəfdarlarını meydana səslədi

Ermənistanın baş naziri silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyanı tutduğu vəzifədən azad edb.

Bundan başqa, Ermənistan hökumətinin başçısı bununla bağlı xüsusi bəyanat da verib.

Nikol Paşinyan “Facebook” səhfəsində payladığı bəyanatda ordunun memorandumunu dövlət çevrilişinə cəhd kimi qiymətləndirib.

“Bütün tərəfdarlarımızı Respublika meydanına dəvət edirəm. Yaxın vaxtıarda canlı efirdə çıxış edəcəyəm”,-deyə o yazıb.

Paşinyan Feysbuk səhifəsindəki canlı yayım zamanı deyib ki, ölkədə situasiya çox aırdır: “Mən Baş Qərargah rəisi və onun birinci müavinini vəzifədən azad etmək haqqında qərar qəbul etmişəm. Bu qərarın səbəbini meydanda açıqlayacağam. İndi ən vacib hədəf mülki və xalq hakimiyyətini saxlamaqdır”.

Hamısını Göstər

Related Articles

Back to top button