Qarabağda biznes qurmaq istəyənlərin diqqətinə!

Azərişıq ASC işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək istəyən sahibkarlara müraciət edib.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə “Azərişığ”ın “Elektrik şəbəkələrinə elektron qoşulmanın kiçik və orta biznesinin inkişafında rolu” mövzusunda birgə keçirdiyi vebinarda səhmdar cəmiyyətinin nümayəndəsi Emil Quliyev deyib.

Onun sözlərinə görə, artıq azad edilmiş ərazilərin ümumi xəritəsinin sistemə inteqrasiyası ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əməlak Məsələləri üzrə Dövlət Xidməti ilə işlər həyata keçirilir:

“Çox sevindirici haldır ki, torpaqlarımız işğaldan azad edilib və azad edilmiş ərazilərimizdə də biznes qurmaq istəyən sahibkarlar da elektron hökumət portalı vasitəsi ilə “Azərişığ”a müraciət edə bilər və biz onlara həmin torpaqlarda xidmət göstərməyə hazırıq”.

Hamısını Göstər

Related Articles

Back to top button