Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində toy mərasimlərinin keçirildiyi şadlıq saraylarında yoxlamalar aparıblar

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Nəvahı kəndi ərazisində yerləşən “Şahsaray” şadlıq sarayında karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Məlum olub ki, obyektin icarədarı T.Əliyev təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək, məclisdə icazə verilən saydan artıq qonağın  iştirak etməsini təşkil edib.

Yol verilən qayda pozuntusu ilə bağlı obyektlərin icarədarlarına və toy sahiblərinə ciddi xəbərdarlıq edilib, onların barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button