Hacıqabulda polis əməliyyat keçirdi – saxlanılan şəxslərdən “patı” və heroin aşkarlandı

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan iki rayon sakini – Rəvan Abdullayev və Samir Qasımov saxlanılıblar.  

Saxlanılan zaman həmin şəxslərin üzərinə  keçirilən baxış zamanı R.Abdullayevdən heroin, S.Qasımovdan isə metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, araşdırmalar aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button