Hazırda məişət zorakılığından zərər çəkmiş 15 nəfərə reabilitasiya xidmətləri göstərilir
![](/wp-content/uploads/2024/06/17180935184748252983_1200x630-780x470.jpg)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində hazırda 15 nəfərə xidmət göstərilir və onlardan 8-i uşaqlardır.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Polise.az -a verilən məlumata görə, fərdi iş planı üzrə və digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində onların sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində işlər aparılır.
2021-ci ildə fəaliyyətə başlayan şöbədə müasir tələblərə uyğun şərait yaradılıb. Həmin şəxslərin ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, hüquqlarının müdafiəsi, onların mədəni-asudə vaxtının təşkili və s. üçün tədbirlər görülür.
Ötən dövrdə burada 23-ü uşaq olmaqla 46 nəfərlə reabilitasiya işi aparılıb.
Polise.az