“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib
Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib. Rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Polise.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin Quzanlı qəsəbəsinin mərkəzi meydanında ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, YAP rayon təşkilatının sədri Mansur Quliyev, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov və digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin fədakar əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarının yaradılmasından, respublikamızın dünya məkanında öz layiqli yerini tutmasından, Ulu Öndərin hakimiyyətdə olduğu dövrdə ölkəmizin bütün sahələrində baş vermiş müsbət dəyişikliklərdən danışıblar.