Hikmət Hacıyev: “Ermənistanın məsuliyyətsiz davranışı ciddi şəkildə pislənilməlidir”
Ermənistan tərəfindən Azərbaycanın azad edilmiş torpaqlarına kütləvi şəkildə yerləşdirilən minalar mülki insanları öldürür, şikəst edir və iqtisadiyyata/ətraf mühitə zərər verir.
Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında paylaşıb.
O bildirib ki, Ermənistan minalanmış ərazilərin dəqiq xəritələrini verməkdən imtina edir:
“Ermənistanın məsuliyyətsiz davranışı ciddi şəkildə pislənilməlidir”.