Hikmət Hacıyev ABŞ Prezidentinin köməkçisi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşüb.

Prezidentin köməkçisi bununla bağlı sosial media hesabında yazıb.

“Bu gün Ağ Evdə milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla Azərbaycan-ABŞ tərəfdaşlığı və regional məsələlərlə bağlı səmərəli və mehriban söhbətim oldu”, – deyə Hikmət Hacıyev qeyd edib.

Hamısını Göstər

Related Articles

Back to top button