Hikmət Hacıyev: “Danışıqlarlarda konkret məzmun, gündəlik və vaxt çərçivəsi olmalıdır”

“Azərbaycan Respublikasının tələbi odur ki, münaqişənin həlli istiqamətində danışıqlar olacaqsa, konkret məzmun, gündəlik və vaxt çərçivəsi olmalıdır”.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, işğala əsaslanan status-kvonun dəyişdirilməsindən irəli gələrək, bugünkü vəziyyətdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin səyləri ondan ibarət olmalıdır ki, yaranan imkanı real fürsətlərə çevirək:

“Azərbaycan mahiyyətli və nəticəyönümlü danışıqları dəstəkləyir. Biz heç bir zaman imitasiya xarakterli danışılqarın tərəfdarı olmamışıq. Bundan sonra da belə cəhdlər olarsa, qəbul etməyəcəyik”.

“Hədəfimiz işğalın aradan qaldırılmasıdır”, – deyə H.Hacıyev qeyd edib.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button