Hipermarketdəki atışmada ölən Rüfət bu qurumda çalışırmış

“Dünən Xətai rayonu ərazisində yerləşən “Bravo” supermarketində bankomatların olduğu ərazidə inkassasiya xidmətinə olan silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olub”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi feysbukda yayıb.

“İnsident Baş Prokurorluq tərəfindən araşdırılır. Hərbiləşdirilmiş Mühafizə İdarəsi aidiyyəti hüquq-mühafizə orqanları ilə hadisənin araşdırılması məqsədilə əməkdaşlıq edir. Nəticəsi barədə müvafiq hüquq-mühafizə orqanları tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək, – deyə məlumatda qeyd olunub. 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button