Hökməlidə bir nəfərdən 2 kiloqram heroin aşkar edilib

Hökməlidə narkotiklərin satışı ilə məşğul olan daha bir nəfərdən 2 kiloqram heroin aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində Hökməli qəsəbəsində narkotiklərin satışı ilə məşğul olan daha bir şəxs saxlanılıb.

Əməliyyat zamanı həmin qəsəbədə yaşayan Əhəd Qədirov tutularaq istintaqa təqdim edilib. Onun üzərindən və yaşadığı evdən külli miqdarda – 2 kiloqrama yaxın heroin aşkar olunub. Əhəd Qədirov ifadəsində bir müddət əvvəl “Araz” adlı İran vətəndaşı ilə tanış olduğunu, daha sonra onun maddi gəlir qarşılığında ölkə ərazisində narkokuryerlik təklifinə razılıq verdiyini bildirib. O, həmin şəxsin qaçaqmalçılıq yolu ilə Azərbaycana göndərdiyi narkotik vasitəni satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button