İcra hakimiyyətinin başçısı və müavinləri həbs edildi

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı həbs olunan vəzifəli şəxslərin kimliyi məlum olub.

Teleqraf.com xəbər verir ki, Kürdəmir rayon İcra Hakimiyyəti başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov saxlanılıblar.

***

13:29

Baş Prokuror prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, keçirilən əməliyyatla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

***

13:17

Hüquq-mühafizə orqanlarının əməkdaşları Kürdəmir rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, keçirilən əməliyyat nəticəsidə Kürdəmir rayon İcra Hakimiyyətinin bir neçə vəzifəli əməkdaşı saxlanılıb.

Qeyd edək ki, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Fərrux oğlu Cəfərovdur.

O, 2014-cü ildən bu vəzifədə çalışır.

Mənbə
teleqraf.com
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close