İdris İsmayılov: “İskəndər” raketinin Ermənistanın hansı tərəfindən atıldığı məlum deyil”

Şuşa ətrafında qalıqları tapılan “İskəndər” raketinin Ermənistanın hansı tərəfindən atıldığı məlum deyil. 

Bu sözləri ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov deyib. 

O bildirib ki, raketlərin Ermənistanın hansı istiqamətindən atıldığını xüsusi radar vasitəsilə müəyyənləşdirmək olur: 

“Bizdə hazırda bu barədə məlumat yoxdur. Raketin hansı tarixdə, hansı istiqamətdən atıldığı bizə məlum deyil. 

ANAMA humanitar təmizlənmə əməliyyatlarını həyata keçirir. Biz Şuşada bir-birindən 780 metr aralıqda düşən raket qalıqları aşkar etmişik. Onlardan biri Şimal-Şərq istiqamətinə, digəri isə onun əks istiqamətində aşkarlanıb”.

Hamısını Göstər

Related Articles

Back to top button