İlham Əliyev: “Kobud səhvlər buraxılıb”

“Əfsuslar olsun, əvvəlki dövrlərdə tikilmiş stansiyaların, o cümlədən bizim və Cənubi Qafqazın ən böyük stansiyası olan “Mingəçevir” İstilik Elektrik Stansiyasının istismarı dövründə böyük və kobud səhvlər buraxılıb, vaxtında təmir işləri aparılmayıb”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olan zaman deyib.

Prezident bildirib ki,  stansiyaların müasirləşdirilməsi ilə əlaqədar heç bir addım atılmayıb: “Sovet dövründə tikilmiş stansiyalar tənəzzülə uğradı və eyni zamanda, 2004-cü ildən bu günə qədər tikilmiş stansiyalarda da generasiya gücləri böyük dərəcədə itirilib. Məhz səhlənkarlıq, məsuliyyətsizlik və kobud səhvlər nəticəsində iki il bundan əvvəl “Mingəçevir” İstilik Elektrik Stansiyasının yarımstansiyasında qəza baş verdi və böyük fəsadlara gətirib çıxardı. Ondan sonra dərhal operativ tədbirlər görülməyə başlanıb.  “Azərenerji”nin rəhbərliyi dəyişdirildi və mən göstəriş vermişdim ki, bizim bütün enerji sistemimiz ciddi təftiş edilsin. Bu təftiş nəticəsində çox xoşagəlməz mənzərə üzə çıxdı. Qeyd etdiyim kimi, məhz məsuliyyətsizlik və laqeydlik nəticəsində enerji sistemimizə çox böyük ziyan dəyib. Ancaq operativ tədbirlər, görülmüş işlər və ayrılmış vəsait nəticəsində biz cəmi iki il ərzində bu sahədə çox ciddi irəliləyişə nail ola bilmişik və itirilmiş generasiya gücləri bərpa edilib.

Mənbə
onn.az
Hamısını Göstər

Related Articles

Back to top button