İlham Əliyev onun qələbəsini istəməyən müxalifətçiləri azadlığa buraxdı

Əsrlər boyu hakimiyyətlər insaniliyə və qəddarlığa bölünüb. Hərçənd ictimai proqressin kriteriyalarına əsasən insani hakimiyyət heç də dövlətin inkişafının start nöqtəsi deyil. Axı dövlət sözünün etimologiyası öz kökü etibarilə hökmdar və Allah sözünə gedib çıxır. Bu da bizi hakimiyyətin ilahi, deməli həm də mərhəmətli təyinatına aparır. Lakin Allah təkcə mərhəmətli və xeyirxah deyil, o həm də cəzalandırır.

Və orta əsrlərin başlıca məqsədi müharibələrdən və fəth etməkdən ibarət olan olduqca bədheybət, amma güclü dövlətləri banal qəddarlığın ortaya çıxmasında özünü göstərirdi. Dünya və insanlar qorxu və itaətlə idarə olunurdu. Mərhəmət papa hakimiyyətinə qədər deqradasiyaya uğramış kilsə-dövlətin ixtiyarına buraxılırdı. Lakin papa iyerarxiyası da öz hakimiyyətini təsdiqləyirdi, başqa cür düşünənləri tonqalların alovunda yandırırdı…Hər tərəfdə hakimiyyət uğrunda amansız mübarizə gedirdi, bu da mərhəməti yüksək əxlaqi substansiya olaraq kökündən inkar edirdi. Sayılı əsrlər sonra burjuaziya cəmiyyəti mərhələsində hakimiyyət öz təbiətini dəyişmədi, əvvəlki kimi qəddar olaraq qaldı, amma tonqallarda insanlar yox, onların ideyaları və kitabları yanırdı. Yenə də hər halda böyük irəliləyiş idi!

Motsartın “Titin mərhəməti” operası

Yüz illər keçdi, amma insanlıq kədərli orta əsrlərdə olduğu kimi iki hakimiyyət tipi arasında dəqiq cizgiləri müəyyənləşdirdi. Kriteriyalar dəyişmədi: hakimiyyətin mərhəməti əvvəlki kimi qəddarlıqla insanlıq arasında ayırıcı xətt olaraq qalırdı. Ancaq dünyanın əksər qismi təbii olmayan və ağlasığmaz elmi-texnoloji proqressə baxmayaraq hələ də insanlığın proqressiv hissəsi tərəfindən rədd edilmiş qəddarlıq təzahürləri ilə orta əsrlər qanunları arasında təmas nöqtləri axtarır.

Liberal inqilabdan və marksist-leninçi tarixi quruluşun məğlubiyyətindən sonra Frensis Fukuyama bütün insanlıq üçün universal olan ümuminsani dəyərlər müəyyənləşdirməyi təklif etdi. Zamanın hansısa tarixi kəsiyində “ümuminsani dəyərlər” termini dünyanın bütün siyasətçilərinin ritorikasının ayrılmaz hissəsinə çevrildi. Lakin bütün insanlıq üçün dəyərlər ideyasını məhz Qərbdə başda “müasir sivilizasiyaların müharibəsi” nəzəriyyəsinin banisi olan Hantington olmaqla bir çox sosioloqlar tərəfindən mübahisə altına alındı. Axı hər kontinental subkulturada, xüsusən də xalqlarda onların özlərinə xas sivilizasiyalı inkişaf yolu var.

Britaniya leyboristini “Hizbullah” hərəkatının tərəfdarı ilə hansı universal dəyərlər birləşdirə bilər? Haredimi ələvi ilə nə birləşdirəcək? Yaxud meksikalı mulatı Anadolu türkü ilə? Ümuminsani dəyərlərin universallaşması ideyası 90-cı illərin dünya liberal düzəninin və birdəfəlik itirilmiş qloballaşmanın dağıntılarının altında qaldı.

Univeral dəyərlər liberal dünya düzəninin dağıntıları altında qaldı

Lakin liberalizmin geriləməsi hakimiyyətin xarakteri və təbiəti haqda fəlsəfi mübahisələrin aktuallığını azaltmadı. Həmin diskussiyaları milli-tarixi inkişaf yoluna xarakterik olan milli özünüdərk ontologiyası müstəvisinə keçirdi. Dəyərləri (indiki halda mərhəməti və insanlığı) hakimiyyətin mənəvi dayaqları kimi milli-mədəni irsin inkişafı prizmasından   nəzərdən keçirərkən ən azı iki amilin təsirini nəzərə almaq lazımdır: dini aspekti və cəmiyyətin formasiyalı inkişaf modelini (tarixin periodlaşmasını).

 Azərbaycan əsrlər boyu feodal-teokratik, sonra isə kazarma-bolşevik despotiyasının müstəmləkəsi altında olub. Millətin genetik və tarixi kodu hakimiyyəti ancaq onun qəddar və qeyri-insani təzahüründə qəbul edib, qavrayıb. Sosial baxımdan əzilmə, milli kimliyin boğulması, ərazi dezinteqrasiyası və tarixi torpaqların başqa ölkələrə verilməsi, dini baxımdan sıxışdırılmaq hissləri (xristian dövlətində müsəlmanların təqib edilməsi)-bütün bu müxtəlif tendensiyaları bir formulda cəmləşdirmək olar: ağrılı tarixi inkişaf. Bütün digər despotik, orta əsrlər Şərqində cəmi bir dəfə birinci respublikanın yaradılması, yeni proqressiv milli kimliyin formalaşması cəhdi feodal cəmiyyətlə liberal elita arasında uçuruma dirəndi. Respublika məhv oldu, amma onun simvolları və dövlət ideyaları dəyərləri yaşadı. İnqilabdan doğan, marksist doktrinası üzərində qurulan ikinci respublika isə çökdü.

Üçüncü respublika milli birliyi təmin edən, cəmiyyəti hakimiyyətlə konsolidasiya edən, vətəndaş həmrəyliyinə nail olan  milli lider Heydər Əliyevin siyasi fenomeni sayəsində möcüzəvi şəkildə sağ qaldı. H.Əliyev özünün şəxsi keyfiyyətləri və geniş xalq kütlələrinə təsir etmək bacarıqları ilə tarixi vəzifələrin öhdəsindən gəldi. Heydər Əliyev kataklizmlərin, dövlət çevrilişləri cəhdlərinin, sosial və siyasi qarşıdurmaların yaşandığı  ölkədə suveren milli dövlət yaratdı. Xalqın iradəsindən doğan siyasi hakimiyyət ilk dəfə özünü təmin edə bilən milli suveren dövlət qurdu.

Təbii ki, hakimiyyət milli dövlət ideyasına qarşı çıxan və ya ona mane olan siyasi və dövləti cinayətkarları sərt cəzalandırırdı. Lakin bununla belə Heydər Əliyev həmişə dərk edirdi ki, hakimiyyətə aydın əxlaqi mühakimə və əxlaqi iradə-mərhəmət də tələb olunur. Hərdən Heydər Əliyev qanunun məntiqi ilə deyil, əxlaqi sistemlə mühakimə edirdi. Özünün qanunları tapdalayan, tabuları pozan, siyasi cinayətlər törədən  düşmənlərini bağışlayırdı. Heydər Əliyev hakimiyyətdə proqressiv əfv insitutu yaratdı. Hakimiyyətin və hökmdarın mərhəməti milli barışığa və vətəndaş həmrəyliyinə yol açır. Anlamaq və bağışlamaq. Hətta öz rəqibinə belə. Və ya siyasi bədxahlıq törədən cinayətkarı.

Milli liderin siyasi fəlsəfəsi onun varisinin-İlham Əliyevin də siyasətində parlaq şəkildə özünü göstərir. İ.Əliyevi yaxından tanıyan adamlar prezidenti çox xeyirxah və genişqəlbli adam kimi xarakterizə edirlər. O, həmişə inanmaq istəyir, o həmişə anlayış göstərə və bağışlaya bilir. Axı xarakterindəki məhz bu cizgilər Azərbaycan siyasətindəki paradoksal halın izahını verir-Əliyevlərin siyasi hakimiyyətinin rəqiblərinin böyük əksəriyyəti İlham Əliyevin qatı tərəfdarlarına və təbliğatçılarına çevriliblər. Xüsusən də onun hakimiyyətinin son illərində. Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı möhtəşəm qələbədən sonra isə cəmiyyətdə demək olar ki, İlham Əliyevin siyasi qərarlarının doğruluğuna şübhə edə bilən tənqidi səslər və adamlar qalmayıb.

İlham Əliyev işğaldan azad edilmiş Ağdam məscidində, əlində Quranla

Hakimiyyətin mərhəməti barədə bu günkü fəlsəfi düşüncələrə məni prezidentin dünənki əfv sərəncamı yönəltdi. İ.Əliyev özünün 17 illik hakimiyyəti ərzində yüzlərlə dəfə olduğu kimi yenidən müxalifətçilərə qarşı dövlətin mərhəmətini nümayiş etdirdi. Hansı ki, onlar müharibəyə cəmi bir neçə ay qalmış prezidenti istefaya çağırırdılar, cəmiyyətə belə zərərli fikir aşılayırdılar ki, indiki prezidentin hakimiyyəti dövründə Azərbaycan heç vaxt Qarabağın azad olunmasına nail ola bilməz. Prezident Qarabağı azad etdi, sonra isə onun qələbəsinə inanmayan, daha doğrusu inanmaq istəməyən adamları dörd divar arasından buraxdı. Daha dəqiq desək öz ölkələrinin qələbəsinə inanmayanları.

Mümkün olanların ən yaxşı məcmusu-hakimiyyət və mərhəmətdir. Lakin bu güclü və özünə inanan liderlərə xasdır. Mərhəmət  qalib ölkədə ümummilli konsolidasiyaya yol açır. Çünki mərhəməyə ancaq yüksək sivilizasiyalı, proqressiv və əxlaqi hakimiyyət qadirdir…Xüsusən də tarixi qələbədən sonra!

Hamısını Göstər

Related Articles

Back to top button