İlham Əliyev Putin-Ərdoğan görüşü barədə: “Hər iki ölkənin rolunu çox müsbət dəyərləndiririk”

“Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, – yeri gəlmişkən, onlardan biri Ermənistanın qonşusudur, – sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar”.

Bunu Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı Rusiya və Türkiyə prezidentlərinin (Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan) sentyabrın 29-da Soçidə keçirilən görüş barədə də danışıb. O bildirib:

“Bu yaxınlarda iki ölkə prezidentlərinin görüşü oldu. Digər məsələlərlə yanaşı, onlar Ermənistanla Azərbaycan arasında vəziyyəti müzakirə etdilər. Biz hər iki ölkənin rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk. Fikrimcə, bu, yeni regional əməkdaşlıq düsturunun özəyini təşkil edir”.

Hamısını Göstər

Related Articles

Back to top button