İlham Əliyev və Mehriban Əliyeva Bakıda yeni məktəbin açılışında

Bakının Xəzər rayonunun Qala qəsəbəsində yeni inşa olunan 216 nömrəli tam orta məktəbin avqustun 26-da açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısına və Birinci vitse-prezidentə məlumat verilib ki, 624 şagird yerlik məktəbdə təhsilin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb. Bu təhsil müəssisəsi Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunub.

Hamısını Göstər

Related Articles

Back to top button