İlham Əliyevin daha bir uğuru… 133 ölkənin alqışları altında
BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsindəki döyüş meydanlarında qələbə və sonra Zaqafqaziyada və Xəzər regionunda tektonik irəliləyişlər Azərbaycanın beynəlxalq nüfuzunu indiyə qədər görünməmiş yüksəkliyə qaldırdı.
İndiki nailiyyət də, bu dəfə iqtisadi göstəricilərdən və siyasi istiqamətdən asılı olmayaraq, ölkəmizin Qoşulmama Hərəkatının lideri kimi dünyanın bütün ölkələrinin maraqlarına toxunan humanitar xarakterli mühüm və son dərəcə aktual təşəbbüslə çıxış etdiyi Birləşmiş Millətlər Təşkilatındakı diplomatik döyüş meydanlarında, olduqca təsirlidir.
“Qətnamə BMT – yə üzv dövlətləri və digər müvafiq orqanları (beynəlxalq təşkilatlar, özəl sektor nümayəndələri, vətəndaş cəmiyyəti üzvləri və s.) bütün dövlətlər arasında COVİD-19 peyvəndlərinin ədalətli paylanmasını təmin etmək üçün lazımi tədbirlər görməyə çağırır. Eyni zamanda, COVAX təşəbbüsü də daxil olmaqla vaksinlərin ədalətli bölüşdürülməsinin dəstəklənməsi məqsədilə irəli sürülmüş beynəlxalq təşəbbüslərə dəstək verən qətnamə, vaksinlərin digər ölkələrə ixracına lazımsız maneələrin aradan qaldırılması məqsədi daşıyır”, – deyə Azərbaycan Diplomatik İdarəsinin rəsmi bəyanatında bildirilir.
Dövlət başçısı İlham Əliyevin ilk dəfə fevralın 1-də dövlət informasiya agentliyi AzərTAc-a müsahibəsində səsləndirdiyi və Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi COVİD vaksinlərinin ölkələr arasında ədalətsiz və qeyri-bərabər yayılmasını diqqətdən kənarda qoymayacağını vurğulayan bu təşəbbüs bütün dünyada dəstəklənib.
Və burada heç bir şişirtmə yoxdur. 133 dövlət Qətnamənin həmmüəllifləri kimi çıxış etdilər ki, bu da BMT-nin İnsan Hüquqları Şurasının qəbul etdiyi sənədlər üçün çox yüksək göstəricidir.
Bununla yanaşı, Azərbaycanın diplomatik qurumu ölkə Prezidentinin ideyasını maksimum operativliklə gerçəkləşdirməyə çalışdı. 2020-ci ilin dekabr ayında Qoşulmama Hərəkatının sədri kimi İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19 pandemiyası üzrə üzrə xüsusi sessiyasının iclası keçirildi.
Azərbaycan diplomatiyasının gərgin işi öz bəhrəsini verdi
İndiki qətnaməyə dair konsensusa nail olmaq üçün BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində Cenevrədə danışıqlar aparıldı. Artıq 5 mart 2021-ci ildə isə Nyu-Yorkda Qoşulmama Hərəkatının əlaqələndirmə Bürosu müvafiq məsələ üzrə Kommünike qəbul etdi.
Bu sözlərdən hər birinin arxasında Azərbaycan diplomatik korpusunun gərgin iş günləri durur və o, göstərdi ki, öz peşəkarlığına görə beynəlxalq münasibətlərin yüksək liqasında oynamağa, dünya əhəmiyyətli təşəbbüsləri irəli aparmağa tam qadirdir.
Bakının mürəkkəb qlobal problemlərə dair beynəlxalq bir konsensus yaratma qabiliyyətinə sahib olması da az əhəmiyyət kəsb etmir – bu, xarici siyasət arenasında Azərbaycan üçün təsirli perspektivlər açan hadisədə, sanki o qədər də vacib şey deyil.
Bakının xarici siyasət kursunun, onların fikrincə, strateji tərəfdaşların seçimi ilə əlaqədar iflasa uğrayacağını proqnozlaşdıran tənqidçilər, Azərbaycanın “beynəlxalq təcrid olunması barədə” hayqıranlar öz proqnozları ilə bataqlığa gömüldülər. 133 dövlət açıq-aydın göstərdi ki, Bakının təşəbbüslərinə inanırlar, üstəlik, onları dərindən düşünülmüş və dəqiq hesab edirlər.
Bu baxımdan BMT-nin İnsan Hüquqları Şurasının 23 mart 2021-ci il tarixli 46-cı sessiyası çərçivəsində baş vermiş hadisəni Azərbaycan diplomatiyasının beynəlxalq keyfiyyət nişanı, beynəlxalq münasibətlərin yüksək liqasında oynamaq hüququ üçün özünəməxsus sertifikat alması kimi qiymətləndirmək olar.
Bu, böyük şərəfdir, həm də böyük məsuliyyətdir, çünki indi Bakıdan təkcə humanitar istiqamətdə deyil, həm də eyni dərəcədə düşünülmüş və ölçülüb-biçilmiş yeni beynəlxalq təşəbbüsləri gözləyəcəklər. Deməli, dünya ictimaiyyətinin alqışları altında, necə deyərlər, bir sədd keçilibsə, digərlərini də keçmək lazımdır. Və hər şeydən görünür ki, Azərbaycan buna tamamilə hazırdır…