İlham Əliyevin yeni geosiyasəti

İlham Əliyev 17 illik idarəçiliyi dövründə ilk dəfə nüfuzlu xarici və milli KİV-lərin iştirakı ilə  mətbuat konfransı keçirdi . Qərb, Rusiya, Türkiyə və hətta Yaxın Şərq jurnalistləri Prezidentdən Azərbaycan gündəminin ən vacib və aktual problemləri barədə soruşmaq şərəfinə nail oldular.

Əliyev yaxşı siyasi ton qaydalarını dəyişmədi: əhatəli, açıq danışdı, hətta qonşu ölkələrdən olan dövlət xəbər agentliklərinin nümayəndələrinin “sevimli bədxahlar” insunasiyasına baxmayaraq. Azərbaycan prezidenti Qarabağ müharibəsinin qızğın çağlarında olduğu kimi jurnalistlərlə birbaşa ünsiyyəti nəzərdə tutan informasiya siyasətini davam etdirdi.

Bakıdakı mətbuat-mərkəzində universal dördüncü hakimiyyət nümayəndələri arasında hökm sürən sərbəst, liberal mühit  hər şeyin əvvəlcədən planlaşdırıldığı, məşq edildiyi barədə bəzilərinin irəli sürdüyü versiyasını kökündən istisna edirdi. Axı məhz ilk dəfə postsovet ölkəsinin lideri birbaşa efirdə bir neçə saat ərzində jurnalist cameəsi ilə birbaşa və səmimi dialoq aparırdı. Və xarici jurnalistlərin özlərinin də etiraf etdiyi kimi, mətbuat konfranslarının davam etmə müddəti üzrə dünya dövlətlərinin başçıları arasında mütləq rekord vurdu: dörd dildə, dörd saatdan artıq ünsiyyət baş tutdu.

İ.Əliyev Azərbaycan hakimiyyətinin qapalı xarakteri barədə onillərdir hökm sürən yalan, tendensioz stereotipləri darmadağın etdi…

Dünya ictimaiyyətinin nəzərlərində İ.Əliyev Azərbaycan hakimiyyətinin qapalılığına dair  illər və onillər ərzində hökm sürən yalan, tendensioz stereotipləri sındırdı. Əksinə, hakimiyyət heç vaxt olmadığı qədər açıqdır, Azərbaycan reallıqları barədə o qədər də münasib olmayan, bir çox hallarda tikanlı, hərdən də ədalətsiz suallardan qaçmır. İ.Əliyev məntiqi ardıcıllığı və hadisələrin analizini yüksək səviyyədə ifadə edərək demokratiyanın ən tutarlı silahı olan siyasi açıqlıq sahəsində ustalıq nümayiş etdirdi. Prezident mətbuat konfransı zamanı bir dildən digərinə keçirdi, ictimai rəy yaradıcılarını özünün intellekti, erudisiyası və fikirlərini sərbəst ifadə etməsi ilə heyran edirdi.

Təbii ki, diskussiyanın böyük qismi olmasa belə sualların böyük hissəsi ötən ilin başlıca tarixi hadisəsinə-Azərbaycanın Vətən müharibəsində qələbəsinə həsr edilmişdi. Ancaq İ.Əliyev təkcə bu başlıca tarixi hadisə haqda danışmadı, eləcə də yeni regional düzən barədə özünün baxışlarını bölüşdü, Ermənistanla yeni münasibətlər sisteminin formalaşmasına dair mövqeyini çatdırdı, milli-dövlət maraqları arasında nisbətdən danışdı. Prezident ölkəsinin xarici siyasi oriyentirlərindən, aparıcı regional aktyorlarla konyunktur münasibətlərdən bəhs etdi, özü də açıq və cəsarətli danışdı, problemli tərəfləri vurğuladı. Ancaq suveren demokratiyanın yetişkin lideri belə diskussiyaya girə və çıxış edə bilər.

İ.Əliyev dövlət şirkətlərinin təkmil olmayan idarəetmə sisteminin problemli hissələri barədə də açıq danışdı, kvaziliberal dairələrin və anqajə olunmuş tənqidi səslərin iddialarını, arqumentlərini heçə endirərək ölkədə daxili problemlərin tənqid olunmasına tabu qoyulmadığını incəliklə nümayiş etdirdi. Prezidentin bu əminliyi ona olan hüdudsuz etimaddan və vətəndaş cəmiyyətinin öz iradəsini sərbəst ifadə etməsindən irəli gəlir. İ.Əliyev publik siyasi mübarizənin burulğanclarından çəkinmir, axı onun mütləq hakimiyyəti qütblü sosial siniflərin dəstəyinə söykənir.

Prezidentin kredosu-ölkələrin daxili işlərinə qarışmamaq barədə qərəzsiz siyasətdir. İ.Əliyev özünün siyasi nizamnaməsini dəyişmir. Hətta Ermənistana münasibətdə belə, erməni cəmiyyətindəki sosial-siyasi düzənin indiki dağıdıcı parçalanmasına baxmayaraq. İ.Əliyev fikrində qətidir-Ermənistandakı kəskin, sistemli və permanent siyasi böhran onun hakimiyyətinin xarici siyasət yanaşmasını poza bilməz. Bu yanaşma hətta düşmən ölkənin də daxili işlərinə qarışmamağı nəzərdə tutur. Azərbaycan prezidenti hətta Ermənistandakı situasiyanı şərh etməkdən imtina etdi, bildirdi ki, onun publik dəyərləndirmələri bu ölkədəki siyasi proseslərin gedişini dəyişdirə bilər. İ.Əliyev  gizli manipulyasiyalara əl atmır, öz rəqiblərini də mühafizəkar, ənənəçiliyə söykənən dəyərlər yanaşması ilə vurur. Əliyev üçün məqsəd vasitəyə haqq qazandırmır!

Bununla bərabər, Əliyev öz ölkəsinin məğlub edilmiş düşmən ölkə üzərində hərbi-siyasi üstünlüyünü də açıq ifadə edir, zamanı yenidən başlatmağa, xeyirxah qonşuluq münasibətlərinin əsasını qoymağa çağırır. Bununla belə müzəffər prezident  gizlətmir ki, onun bütün səyləri və düşüncələri Qarabağın gələcək inkişafı ilə bağlıdır.

İ.Əliyev milli inkişaf proqramında Qarabağın dominantlığını qabardır, bu torpaqlarda gələcəkdə ölkənin qalan regionlarının da iqtisadi sistemində islahatlar perspektivlərini özündə birləşdirən yeni texnoloji cənnət qurmaq planlarından danışır. Qarabağ milli inkişaf strategiyasında və dövlət institutlarının təkmilləşdirilməsində dönüş nöqtəsidir.

Milli sərvətlər və stabilləşdirmə fondunun resursları reinteqrasiya konsepsiyasına tabe edilib. Və Qarabağ qambiti naminə prezident ən qısa zamanda infrastrukturun bərpasına yönəldir.

İ.Əliyev milli-mühafizəkarlığın ifadəçisidir. Və dünya ictimai rəyinə milli-dövlət identikliyinin mədəni özünüifadə üzərində imperiativlərini həssaslıqla, əhatəli şəkildə çatdırır. Prezident millətlərarası ünsiyyət dilinin birincliyini yaxına buraxmır, lap qüdrətli rus dilinin dövlət dili olan Azərbaycan dili üzərində və ermənilərin sıx yaşadığı yerlərdə belə üstünlüyünü mümkünsüz adlandırır. Səmimi şəkildə etiraf edək-uzunmüddətli milli prioritetləri müəyyən edən epoxal bəyanatdır.

İ.Əliyev aparıcı regional dövlət olan Rusiyanın siyasi-hüququ təminatında və Ermənistanın kapitulyasiya aktı üzərindəki Rusiya liderinin imzası ilə ifadə olunan mövcud status-kvonun dəyişməzliyini göstərir. Prezident hadisələrin proqnozlaşdırılmayan və özbaşına inkişaf ssenarilərini yaxına buraxmır, “Qarabağ konstruksiyasını” stabil regional təhlükəsizlik sisteminin bir hissəsi kimi nəzərdən keçirir. Lakin bununla belə İ.Əliyev daha da uzağa gedir, hərbi quruculuğun yeni prioritetlərini müəyyənləşdirir-Azərbaycan öz gücünə və strukturuna görə NATO-nun ikinci ordusu olan Türkiyə ordusunun kiçik modelini yaradacaq. Prezident Qarabağ müharibəsində uğurla tətbiq olunan Türkiyə silahlarına üstünlük verir. Bununla belə bloklara qoşulmama siyasi fəlsəfəsinə sədaqətini də bir daha ifadə edir.

İ.Əliyev başlıca geosiyasi oyunçuların diqqətinə çatdırır-Azərbaycanda heç vaxt, ən azından onun və varislərinin idarəçiliyi dövründə xarici hərbi bazalar yerləşdirilməyəcək. Dünya düzəninin transformasiyası dövründə, “güc təsiri və ya güclə əks-təsir amilinin” beynəlxalq və regional münasibətlərdə başlıca çəkindirici funksional mexanizm olduğu yeni şərtlərdə Azərbaycan öz silahlı qüvvələrinin təkmilləşdirilməsinə və gücləndirilməsinə üstünlük verir.

İlham Əliyev açıq bəyan etdi ki, Rusiya, İran, Azərbaycan və Türkiyənin bütün vacib regional məsələlərlə bağlı mövqeləri üst-üstə düşür

Yeni regional inkişafın əsasları qoyuldu

İ.Əliyev regionun yeni geosiyasi arxitekturasını da təqdim edir. Prezident dörd aparıcı geosiyasi qüvvənin-Rusiya, Türkiyə, Azərbaycan və İranın gələcək postmüharibə inteqrasiya proseslərində vahid, konsolidə olunmuş mövqeyinə diqqəti yönəldir. Əliyevin geosiyasi konsepsiyasında qırmızı xətt kimi  keyfiyyətcə yeni Avrasiya nəqliyyat-kommunikasiya arteriyalarının keçdiyi “Zəngəzur dəhlizi”dir. İlham Əliyevin təsəvvürlərində geosiyasi konsolidasiya və ya rəqabət iqtisadi amillərin önə çəkilməsi yolu ilə həyata keçirilən xarici siyasət və regional təsiri nəzərdə tutan geoiqtisadi maraqların imperativindən irəli gəlir. İ.Əliyev inteqrasiya proseslərində siyasiləşməni rədd edir.  Və ona görə də Ermənistan hökumətini sözdə yox, əməldə bu yeni inteqrasiya layihələrinə qoşulmağa çağırır.

 Mahiyyətdə, Qarabağda, birinci müharibə dövründə azərbaycanlı əhalinin Xocalı qırğınına həsr edilmiş  mətbuat konfransında Azərbaycan lideri özünün yaxın onilliklərə dair konseptual inkişaf proqramını təqdim edib.  Ümummilli konsensusa, ictimai-siyasi qüvvələrin mütləq konsolidasiyasına və maliyyə-iqtisadi sabitliyə nail olan İ.Əliyev  müasir hüquqi və sosial dövlətin evolyusiyalı keçidini şaxələndirilmiş iqtisadi sistemi təkmilləşdirməklə, “insan kapitalını” önə çıxarmaqla tamamlayır. Və daxili siyasətin məntiqi davamı olan xarici siyasət İ.Əliyevin dünyagörüşünü və metodoloji platformasını ifadə edir: stabillik, ağlasığanlıq və iqtisadi maraqların imperativliyi. Əliyev platformasının prinsipləri yeni geosiyasətin (geoiqtisadiyyatın) əsasını təşkil edir. Mən əminliklə bunu İlham Əliyevin yeni geosiyasəti adlandırardım…

Eynulla Fətullayev

Hamısını Göstər

Related Articles

Back to top button