“İlham Əliyevlə Paşinyan ilin sonunadək yenə görüşə bilər… – Erməni KİV

“Nikol Paşinyan və İlham Əliyevin Brüssel görüşü bu ildə sonuncu olmaya bilər. Xarici İşlər Nazirliyindəki mənbəmizin sözlərinə görə, əvvəlcədən əldə olunmuş razılığa əsasən, Ermənistan və Azərbaycan liderlərinin bu il daha bir dəfə, yeri gəlmişkən, yenidən Rusiyada görüşməsi mümkündür. Həmçinin bizdə məlumat var ki, bu görüş baş tutsa, yekun görüş olacaq”.

Bunu səhər saatlarında Ermənistanın “Past” qəzeti yazıb.

“İlkin məlumata görə, yeni iclas geniş tərkibdə keçiriləcək. Görüşdə dövlət başçılarından əlavə, üçtərəfli komissiyanın üzvləri – baş nazirlərin müavinləri Aleksey Overçuk, Mqer Qriqoryan və Şahin Mustafayev, eləcə də müdafiə nazirləri və xarici işlər nazirləri iştirak edəcəklər.

Hələlik görüşlə bağlı rəsmi eyhamlar olmasa da, lazımsız fərziyyə və suallara yol verməmək üçün bu haqda rəsmi məlumat tədbirə bir neçə gün qalmış elan oluna bilər. Bununla belə, mənbəmizin məlumatına görə, gözlənilən görüş barədəki detallar hələ aydın deyil” –deyə erməni nəşri yazır.

Hamısını Göstər

Related Articles

Back to top button