Türklər amerikalıları belə heyrətləndirmişdi

İlk dəfə türklər 1983-cü ildə “Blek xouk” helikopterində olduqca təhlükəli tryuklar göstərmişdi.

Sauk hind tayfasının hərbi başçısının adını daşıyan “Qara Şahin” helikopteri ABŞ-da istehsal olunmuşdu. Çoxməqsədli helikopter Bell UH-1 Huey helikopterini əvəz edərək ABŞ Ordusunun xidmətinə verilmişdi.

UH-60-ın eksperimental modifikasiyasının uçuş sınaqları 1974-cü ildə tamamlanmışdı və 1976-cı ildə helikopter ABŞ Ordusunun tenderində ənm yaxşı nəticə göstərmişdi. 1985-ci ilə qədər Birləşmiş Ştatlar ordusu 300-dən çox UH-60 helikopteri aldı. 1990-cı illərin ortalarına qədər 2600-dən çox helikopter istehsal edildi. Amma türklərə qədər heç bir amerikalı hərbiçi vertolyotda təhlükəli tryuklar edərək səmada dönüşlər edə bilməmişdi. Məhz NATO üzvü olan Türkiyə bu işdə yenilik etdi. Türk heyəti səmada helikopteri dəfələrlə çevirərək idarə etmiş və bununla da amerikalıları heyrətləndirmişdi.

Qeyd edək ki, bu vertolyotlar uzun məsafəli uçuşlar üçün əlavə yanacaq çənləri ilə təchiz oluna bilər. Həmçinin yük bölməsinin qarşısında M240, M134 pulemyotları və 30 mm-lik silah M230 quraşdırıla bilər.

Hazırda ABŞ ordusunun istifadə etdiyi model UH-60M-dir.

Hamısını Göstər

Related Articles

Back to top button