İlon Mask:“Harris bəşəriyyətin məhvini istəyir”

ABŞ-də prezident seşkisi yaxınlaşdıqca, tərəflərin bir-birinə qarşı aqressivliyi də artır.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, seçkidə Trampı dəstəkləyən milyarder İlon Mask ABŞ-nin vitse-prezidenti Kamala Harris barədə birmənalı qarşılanmayan iddialar səsləndirib.

O, iddia edib ki, Demokratlar Partiyasının namizədi olacaq Harrisin müdafiə etdiyi fəlsəfə bəşəriyyətin məhv edilməsini nəzərdə tutur. Mask bunu “sübut etmək” üçün Harrisin ötən ilin sentyabrında Pensilvaniya ştatında keçirilən tədbir zamanı etdiyi açıqlamasını xatırladıb. Həmin vaxt vitse-prezident gənc ABŞ vətəndaşlarının iqlim dəyişikliyi ilə bağlı narahatlıqlarından danışıb. Harris deyib ki, bu qlobal problem gənclərdə ailə qurmaq və uşaq böyütmək imkanlarına şübhə yaradır.

Öz növbəsində Mask Harrisi bunu deməklə, insanlığı aradan qaldırmaq niyyətində olmaqda ittiham edib. Onun fikrincə, ABŞ-nin vitse-prezidentinin ideologiyasının təbii davamı bütün bəşəriyyətin “faktiki holokostu” deməkdir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button