İnfeksionist: “Daha təhlükəli mutasiyalar yarana bilər”

“Bundan sonra daha ehtiyatlı olmalıyıq…”,

Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Ghebreyesus bildirib ki, yüksək yoluxuculuq qabiliyyətinə malik “Delta” ştammı tezliklə dünya üzrə dominant olacaq. O da bəyan edilib ki, dünya ölkələri artıq COVID-19 pandemiyasının yeni, üçüncü dalğasının başlanğıcındadır, çünki hazırda dünyada həm yoluxma, həm də ölüm hallarının yüksək artım tempi qeydə alınır.

Təşkilat rəhbərinin sözlərinə görə, koronavirusdan ölüm halları 10 həftə davam edən azalmadan sonra ilk dəfə artmağa başlayıb. Yoluxmanın artmasının əsas amillərindən biri kimi “Delta” ştammı göstərilir.

BMT baş katibi Antonio Quterreş isə deyib ki, dünya əhalisinin 70 faizinin peyvənd olunması və COVID-19 pandemiyasına son qoyulması üçün azı 11 milyard doza vaksin lazımdır. Bəs, görəsən, buna nə qədər zaman ərzində nail olmaq mümkündür?

Bu arada Azərbaycanda toy şənliklərinə icazə verilməsindən iki həftə keçdi. 14 gün COVID-19-un inkubasiya dövrü sayılır. Yəni artıq konkret qənaətə gəlmək olar: toylara icazə verilməsi ölkədə yoluxma sayına necə təsir edib? İcazənin verilməsi yanlış idi, yoxsa statistika nə deyir? Ölkə üzrə yoluxmalarda toy-nişan mərasimlərinin “payı” nə qədərdir?

Qarşıdakı illərdə də koronavirus..." - İnfeksionist həqiqəti AÇIQLADI | Mediabaku.az

 Nilufər Məmmədova

Mövzu ilə bağlı “Yeni Müsavat”a Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assisenti, həkim-infeksionist Nilufər Məmmədova danışıb: “Vaksinləmə prosesində əhalinin vaksinasiya olunması ilə yanaşı, əldə olunan vaksin sayı çox mühüm rol oynayır. Yəni qısa zamanda daha  çox əhalinin vaksinasiyanı həyata keçirmək daha effektivdir, tək doza olmuş olsa belə. Nəinki uzun zaman ərzində az insana iki doza vaksin vurdurmaq. Yəni buna görə də vaksin strategiyalarında mütəmadi dəyişikliklər oluna bilər. Hazırda Azərbaycanda yetərincə insan vaksinasiya olunduğu üçün bu barədə bir problem yaşandığını düşünmürük”.

İnfeksionist toylarla bağlı məsələyə də münasibət bildirib: “Delta”nın  Azərbaycanda yayılmasına təkcə toyların icazə verilməsi amili təsir etməyib. İstər-istəməz xarici ölkələrə səfərlərdə olan əhalimiz bu ştammın Azərbaycana gətirilmə ehtimalını artırırdı. Bu, gözlənilən hal idi ki, ştamm Azərbaycanda da tapılsın. Sadəcə, bundan sonra daha da ehtiyatlı olmalıyıq. Təəssüflər olsun ki, bu ştamm çox yoluxdurucu olduğu üçün standart tədbirlərlə bəzən yoluxmanın qarşısını almaqda çətinlik çəkirik. Sadəcə olaraq bundan sonra əgər toyda iştirak edən şəxslər arasında xəstələnmə olarsa, həmin mühitdə çox sayda insanın yoluxma ehtimalı olacaq. Bu da yoluxma sayına təsir göstərə bilər. Ona görə də insanları daha diqqətli olmağa çağırırıq. Qoyulan limitləri toylarda keçməməyə çağırırıq.

O da nəzərə alınsın ki, xəstəlik nə qədər çox yayılsa, yeni mutasiyaların daima ortaya çıxma ehtimalını artırır. Hətta elə mutasiyalar ortaya çıxa bilər ki, yenidən insanlardan heyvanlara, heyvanlardan insanlara keçən variantlar ortaya çıxsın. Ona görə də məqsəd birinci yoluxmaların qarşısını almaqdır ki, ortaya daha təhlükəli mutant variantlar çıxmasın. Yenə deyirəm, yoluxma sayının artmasını təkcə toy məclislərinin üzərinə ata bilmərik. Hazırda iri ticarət mərkəzləri və bu kimi obyektlər aktiv şəkildə işlədiyi üçün yoluxma mənbələri orda da görülə bilər. İctimai nəqliyyatda da yoluxma sürətlə arta bilər”.

Bu arada insanlar vaksinasiya ilə bağlı müxtəlif suallar verməkdədirlər. Birinci, ikinci, hətta üçüncü dozanın kimlər üçün nəzərdə tutulduğu sual olunur. “COVID pasportu” ilə bağlı çoxsaylı suallar da verilməkdədir. İlk olaraq qeyd edək ki, vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur.

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir.

Artıq xüsusi laboratoriya və xəstəxanaların sayı artır. Qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyalar yaradılır. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş xəstəxanaları koronavirus xəstələrini müalicə etmək üçün ayrılıb. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələrin mütləq əksəriyyəti tibbi müəssisələrdə müalicə alır.

O ki qaldı “İmmunitet sertifikatı” və onun etibarlılıq müddətinə,  “İmmunitet sertifikatı” koronavirusa yoluxduqdan sonra yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyini keçirmiş və bununla bağlı PCR testi vermiş, nəticəsi pozitiv çıxmış, rəsmi qeydiyyata düşmüş və sağalmış şəxslər “İmmunitet sertifikatı” əldə edə bilərlər. Elmi tədqiqatlar göstərir ki, xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin titri aşağı düşür. Bu səbəbdən “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 ay qəbul edilib.

COVID-19 pasportu və ya immunitet sertifikatı tələbinin hansı iş yerlərinə aid ediləcəyi açıqlanıb | Report.az

“İmmunitet sertifikatı”nın müddəti bitdiyi üçün ölkəmizdə istifadə olunan hər hansı vaksindən 2021-ci il 2 iyul tarixindən sonra 1 doza qəbul edən şəxsin “İmmunitet sertifikatı” müddətsiz olaraq uzadılır. 2021-ci il 2 iyul tarixindən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar.

“Peyvənd sertifikatı” isə  COVID-19 xəstəliyinə qarşı vaksinasiya ilə yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. “randevu.its.gov.az” saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir. Peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır. Beynəlxalq səhiyyə qurumları COVID-19 peyvənd  və immunitet sertifikatlarının ölkələr arasında tanınması mexanizmi üzərində işləyir. “Peyvənd sertifikatı” isə müddətsizdir. Dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddətinin müəyyən olunması istiqamətində elmi tədqiqatlar davam etdirilir. Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaq. Fərqli vaksinləri vurdurmaq imkanı. 2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər. “Peyvənd sertifikatı”nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq.

2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster/qüvvətləndirici) vaksin vurulması məqsədəuyğun hesab olunur. Qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər.

Peyvəndlənmə fərdin sosial məsuliyyətidir. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bununla da ilk növbədə hamilə qadınlar, süd verən analar və yaşı 18-dən aşağı olan şəxslər, eləcə də bütün cəmiyyət qorunmuş olar.

Qeyd edək ki, hazırda Azərbaycanda 4 istehsalçının vaksini tətbiq olunur: SINOVAC (Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V (Rusiya).

Hamısını Göstər

Related Articles

Back to top button