İnformasiya Texnologiyaları İnstitutunun həmtəşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək
Sentyabrın 12-15-də İnformasiya Texnologiyaları İnstitutunun həmtəşkilatçılığı ilə Rusiyanın Kursk şəhərində “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023) (Raspoznavaniye-2023) XVII beynəlxalq elmi-texniki konfransı keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin rəhbərliyi ilə Rusiya Elmlər Akademiyası (REA) “İnformatika və idarəetmə” Federal Tədqiqat Mərkəzi, REA Rəyasət Heyəti yanında Təsvirlərin Analizi və Obrazların Tanınması üzrə Milli Komitə, REA-nın A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutu, Belarus Dövlət Universiteti, Milli Tədqiqat Tomsk Dövlət Universiteti, “REA-nın Kareliya Elmi Mərkəzi” Federal Tədqiqat Mərkəzi, Oş Dövlət Universiteti və Cənub-Qərb Dövlət Universiteti tərəfindən təşkil edilir.
Artıq 7-ci ildir ki, İnformasiya Texnologiyaları İnstitutunun həmtəşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın əsas istiqamətlərinə təsvirlərin riyazi emalı, analizi, tanınması nəzəriyyəsi, maşın sistemlərinin layihələndirilməsi və təhlili, ixtisaslaşdırılmış hesablama cihazları, paralel və paylanmış hesablamalar, optoelektron sistemlərin tətbiqi ilə istehsal proseslərinin avtomatlaşdırılması və sair daxildir