İrəvanda şok: Manat əsas pul vahidi olacaq?
Artıq Bakının İrəvana qarşı çox güclü bir təzyiq mexanizmi ortaya çıxdı. Bu təsadüfən edilib? Heç də yox. Bu, rəsmi Bakının aydın və müdrik siyasəti fonunda baş verdi.
Bu barədə Ermənistanın siyasi icmalçısı Qalust Qriqoryan Ermənistana qaz nəqlinin Azərbaycan ərazisi vasitəsilə həyata keçiriləcəyi barədə məlumatı şərh edərkən bildirib.
Onun sözlərinə görə, hadisələrin bu cür dönüşünü cəmi yarım il əvvəl heç kəs təsəvvür edə bilməzdi:
“Kreml göstərir ki, istənilən an Ermənistan üçün qazın qiymətini qaldırmaqla ölkə iqtisadiyyatını məhv edə bilər. Və yaxud bu, Ermənistan rəhbərliyini Bakı və Moskvanın qərarlarına tabe olmağa məcbur etmək üçün siyasi vasitə kimi istifadə edilə bilər. Bizim ilk dəfədir ki, heç bir çıxış yolumuz yoxdur. Çünki “Qazprom” Ermənistan üçün yeganə qaz təchizatçısıdır”.
Qriqoryan vurğulayıb ki, biz bu vəziyyətlə barışmalıyıq və nəticədə Ermənistanın pul vahidinin də Azərbaycan manatı olacağına hazırlaşmalıyıq.