İrəvanın gülünc bəyanatı: nazir işğalçıya yerini göstərdi

Ermənistan rəsmilərinin son vaxtlar səsləndirdikləri cəfəng fikirlər bu ölkədə yaşanan siyasi böhranın təzahürüdür.

Bu sözləri Axar.az-a sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Türkiyə Müdafiə naziri Hulusi Akarın “Anadolu” agentliyinə açıqlamasında Ermənistanın həddini aşan işlərə təşəbbüs göstərməsi haqda dediyi sözləri şərh edərkən bildirib.

Politoloq deyib ki, Ermənistan bəzən Rusiyanın forpostu olduğunu unudub, regional gücə malik ölkələr kimi gülünc bəyanatlar verir:

“Hulusi Akarın “Ermənistan boyunu aşan işlərə təşəbbüs göstərir” ifadəsi rəsmi İrəvanın Türkiyənin bir müddətdir Egey dənizində Yunanıstanla yaşadığı gərginliyə münasibət bildirməsi ilə əlaqədardır. Hətta məsələ ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi “Egey dənizi Sevan gölü deyil” deyə bir bəyanat da vermişdi. Yəni Ermənistan hazırda regionda elə bir ölkə deyil ki, Egeydə və ya dünyanın istənilən bir regionunda baş verən prosesə münasibət bildirsin.

Bu gün Ermənistan Türkiyəni özü üçün real düşmən hesab edir. Həm rəsmi İrəvanın Türkiyəyə torpaq iddiaları, həm 1915-ci il hadisələri ilə bağlı ortaya atılan qondarma fikirlər, həm də anti-Türkiyə bəyanatları bir daha onu göstərir ki, Ermənistan-Türkiyə münasibətləri çətin ki nə vaxtsa bərpa olunsun”.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button