İrəvanın məğlub olmasının əsas səbəbkarı… – Markov

Dağlıq Qarabağ. Əsaslı dönüş çox yaxındır. Azərbaycan Ordusu Daşaltı kəndini azad edərək Şuşa şəhərinin kənarlarına çıxıb.

Bu sözləri rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib.

Politoloq Daşaltı regionun nisbətən böyük, qədim və əsas şəhərlərindən biri olduğunu vurğulayıb:

“Daşaltı Laçından keçən, Xankəndi və Ermənistan arasında əsas yolun üzərində yerləşir. Şuşanın alınması Xankəndinin mühasirəsinə gətirib çıxaracaq”.

S.Markov deyib ki, Prezident İlham Əliyevin Putin və Paşinyanla telefon danışığının nəticəsi məlum olmasa da, məzmunun atəşkəs olduğunu istisna deyil:

“Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanın öz hərbi məğlubiyyətini Putinə yazdığı məktubda etiraf etdiyini bildirib. Görünür, elə buna görə də Putin, Əliyev və Paşinyan arasında telefon danışıqları baş tutub. Onların nəticələri hələ ki, məlum deyil, ancaq bəllidir ki, danışıqlar mümkün olan atəşkəs şəraiti haqqında olub. Azərbaycan nə qədər çox hərbi qələbə qazansa, danışıqlar masasında mövqeyi bir o qədər də güclənir”.

Rusiyalı politoloq Paşinyanın əlacsız qaldığını da qeyd edib:

“Paşinyan daha əvvəl Əliyevin şərtləri ilə razılaşmalı idi. İndi isə Paşinyanın “güzəştləri”onun hərbi məğlubiyyətləri ilə ayaqlaşa bilmir.

Şuşa uğrunda döyüş başlayır. Bu döyüş bitdikdən sonra, belə görünür ki, müharibə Azərbaycanın tam hərbi qələbəsi ilə bitəcək. Müharibənin başlanmasının da, Ermənistanın məğlubiyyətinin də əsas səbəbkarı Nikol Paşinyandır!”

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button