İran-Azərbaycan gərginliyi: Müharibə olacaq?
Son günlər İranla Azərbaycan arasında baş verən gərginlik pik həddə çatıb.
Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin noyabrın 1-də İranın xüsusi xidmət orqanlarının ölkəmizdə yaratdığı silahlı qruplaşmanı saxlaması kifayət qədər ciddi təxribatın qarşısının alınması idi.
Həmçinin, Azərbaycan Ordusunun XTQ-nin ölkəmizin cənub sərhədlərində keçirdiyi təlimlər də İrana mesaj xarakteri daşıyır.