İran hökuməti Təbrizdə erməni muzeyi yaradır
İran hökuməti Urmiyanı “kürdləşdirəndən” sonra indi də Təbrizi “erməniləşdirmək” eşqinə düşüb.
Polise.az xəbər verir ki, İran hökumətinin rəsmiləri Təbrizdə ermənilərin muzeyinin açılacağını bəyan edib.
Şərqi Azərbaycan əyalətinin Mədəni Miras, Turizm və Sənətkarlıq Baş İdarəsinin rəisi Əhməd Həmzəzadə bildirib ki, sözügedən muzeyin açılması rəhbərlik etdiyi qurumla ermənilərin Şərqi Azərbaycan əyalətindəki baş yepiskopunun birgə planıdır.