“İran raketləri Ukrayna üçün böyük təhlükə daşıyır” – Ekspert.
“Fateh-10” və “Zolfaghar” ballistik raketlərin, hansı ki, İran Ukraynaya qarşı müharibə üçün Rusiyaya tədarük etməyə razılıq verib, əldə olan vasitələrlə vurulması çətindir, bunun üçün Amerika tipli «Patriot» RƏM kompleksləri lazımdır.
Bu barədə hərbi ekspert Yuri Fyodorov «Arqument» proqramının yeni buraxılışında danışıb («UNİAN»).
«Fateh-10” və “Zolfaghar” İran raketləri – onlardan biri 300 km məsafəli, digəri isə 700 km məsafəlidir. Bu, kifayət qədər güclü silahdır, döyüş yükü bir neçə yüz kiloqramdır. Onların Suriyada istifadəsi barədə xəbərlər var. Məsələ bundadır ki, onlar nə qədər dəqiqdirlər. Bu suala hələ cavab yoxdur. Çünki onların Suriyada istifadəsinə görə fikir söyləmək çox çətindir» – Fyodorov deyib.
O, qeyd edib ki, 300 km məsafəli raketlər İrandan Hizbullaha tədarük edilib, indi isə Rusiyaya, bu da, əlbəttə, düşünməyə əsas verir.
«Əgər bu raketlərin dairəvi ehtimal olunan kənarlaşması (dairənin radiusu, hara ki, raketin yarısı düşür) 100-150 metrdirsə, o zaman kritik elementlərin məhv edilməsi üçün onlar çox yararlıdırlar. Əgər dəqiqlik o qədər də yüksək deyilsə, o zaman aydın deyil ki, bu raket hara düşəcək…» – ekspert izah edib.
İranın Rusiya Federasiyasına İsrailin mümkün köməyinə reaksiyası barədə suala Fyodorov belə cavab verib: «Mən, başa düşdüyüm qədərində İsrailin ümumi reaksiyası artıq var, nədən ki, Rusiya İranla əlaqəyə girib, İran isə İsrailin qatı düşmənidir. O zaman, İsrail Ukraynaya körmək mövqeyinə yenidən baxmalı və daha əhəmiyyətli kömək göstərməlidir. İsrail tank əleyhinə yaxşı sistemlərə malikdir, onun «Dəmir kümbəz»i var ki, kifayət qədər ciddi mərmiləri tuta bilir. İranla əlaqəyə girməklə, Rusiya növbəti dəfə öz ayaqlarına atəş açmış olub».